Qoç - kommersiya fəaliyyəti üçün yaxşı gündür.
Anlaşmalar və müqavilələr sərfəli olacaq. Ticari əməliyyatlar effektiv
nəticələr verəcək. Yeni biznes-ideyalar pis alınmayacaq. Həmin
ideyalardan bəzilərini reallaşdırmaqda dəstək və yardım alacaqsınız.
Günün
ikinci yarısında yaxşı tanımadığınız insanlarla ünsiyyətdə diqqətli və
qayğıkeş olun. Yaxınlarınız, dostlarınız və ya tanışlarınızdan biri
ümidləri doğrultmayacaq.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Buğa
- yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların
davranışlarının, əməllərinin səbəb və motivlərini araşdırın. Ən qəribə
qərarların trivial səbəbləri var.
Əvvəllər kəsilmiş
əlaqələrin və pozulmuş münasibətlərin bərpası üçün əlverişli zamandır.
İnsanlarla manipulyasiya etməyin. Etibardan sui-istifadə etməyin. Səmimi
olmağa can atın.
Günün ikinci yarısında gəlirlər istisna
deyil. Gəlir mənbələri gözlənilməz olacaq. Bahalı hədiyyə ala
bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Uzaqdan gəlmiş
insanlarla təmaslarda mövqelərinizdən geri çəkilməyin.
Əkizlər
- ciddi səhvlərə yol verməyin. Yanlışlıqların fəsadları ağır ola bilər.
Sərt tənqid obyektinə dönəcəksiniz. Hər şeyə rəğmən əhvalınızı
pozmayın.
Çoxdan bəri birlikdə çalışdığınız tərəfdaşınız yeni
layihəni təqdim edəcək. Dostlar da işlərinizlə maraqlanacaqlar.
İdeyalarınızın hamısını açıqlamayın. Bələd olmadığınız insanlarla
sirlərinizi bölüşməyin.
Günün ikinci yarısında mənfi
təmayüllərin təsiri artacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Saatlar keçdikcə vəziyyət normallaşmağa başlayacaq.
Bütün
diqqəti ciddi işlərə yönəldin. Başladığınız işləri başa çatdırın.
Gözlədiyiniz mükafatı ala bilərsiniz. İşləri bitirməyə can atmayın. Belə
davranış yalnız ifrat yorğunluğa səbəb olacaq.
Xərçəng
- günün ilk yarısında ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə
çalışın. Yaxınlarınızın rəğbətini qazana bilərsiniz. Dəyər verdiyiniz
insanlarla ünsiyyətdə həssas olun. Nüfuzlu insanlarla təmaslar işgüzar
fəaliyyət baxımından maraqlı ola bilər. Şəxsi münasibətlərdə
dəyişikliklər istisna deyil.
Günün ikinci yarısında mühüm görüşü qeyri-formal şəraitdə keçirmək olar.
Axşam
saatlarına yaxın gəzintiyə və ya səfərə yollanmaq olar. Ailə üzvləri
ilə səmimi və qayğıkeş olun. Sevdiyiniz insana vaxt ayırın.
Maraqlı tanışlıqlar ola bilər.
Şir -
diqqətli və sayıq olun. Etibarlı olduğunu indiyədək dəfələrlə göstərmiş
insanlarla çalışın. Belələrinə inanmaq olar. Rəqib və ya bədxahların
məkrli intriqalarının qurbanına çevrilməyin. Ciddi maliyyə itkiləri ola
bilər. İş yerini dəyişmək, yeni səlahiyyətlərin icrasına başlamaq
məsləhət deyil.
Günün ikinci yarısında aktiv olun. Məsləhət
üçün təcrübəli insanlara müraciət edə bilərsiniz. Həddən artıq sayıq,
sərvaxt olun. Aşkar və qaçılmaz təsir bağışlayan qərarlar əslində
yanlışdır.
Yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları,
ixtilaflar istisna deyil. Səy göstərsəniz, ciddi münaqişələrdən yayınmaq
mümkündür. Səbr və sakitlik ən yaxşı müttəfiqləriniz olacaq.
Qız -
uğurlu və yaxşı gündür. İndiyədək yerinə yetirməyə cəsarət etmədiyiniz
işin öhdəsindən gələcəksiniz. Ən ağır problemi sürətlə həll edə
bilərsiniz. İşgüzar tərəfdaşlar və həmkarların dəstəyi çox önəmlidir.
Yeni layihə ilə bağlı prosesdə etibarlı müttəfiq və hətta dost olacaq
insanla tanış ola bilərsiniz.
Günün ikinci yarısında müsbət
təmayüllərin təsiri artacaq. Yaxınlarınızla səmimi münasibətlərdə olun.
Axşam saatlarında ailə üzvləri ilə gəzintiyə yollana bilərsiniz. Axşam
saatlarında başlanacaq münasibətlər bir müddət sonra ciddi əlaqəyə
çevrilə bilər.
Tərəzi - günün
ilk yarısında diqqətli olun. Sizi tanıyan insanları təəssüfləndirməyin.
Hiyləgər və fəndgir davranmayın. İşdə subordinasiya qaydalarını
unutmayın. Daha yüksək mövqe və ya vəzifə tutanlarla söhbətlərdə
diqqətli olun. Rəhbərliklə müzakirələrdə kompromislərə hazır davranın.
Günün
ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yaranacaq.
Səy göstərsəniz, münaqişə və ixtilaflardan uzaq dura bilərsiniz.
Problemi sakit və konstruktiv şəkildə müzakirə etməsəniz, çətinliklərin
fəsadlarının təsiri uzun müddət davam edə bilər.
Axşam saatları maliyyə məsələləri ilə bağlı önəmli qərarlar qəbul etməyin.
Əqrəb
- günün ilk yarısı işgüzar fəaliyyət üçün əlverişlidir. Həllini tələb
edən məsələlər nə qədər ağır və çətin olarsa da, qərarlara şübhə
etməyin. Peşəkar fəaliyyət müstəvisində uğurlara nail olmaq üçün
orijinal həll yollarını arayın. Məhz belə davransanız, rəqibləri
üstələyərək bədxahları arxada qoyacaqsınız.
Günün ikinci yarısı yaxınlarınızla birgə fəaliyyət üçün münasibdir. Maraqlı iş tapa bilərsiniz. Yeni tanışlıq istisna deyil.
Oxatan
- tənbəllik etməsəniz, süst davranmasanız, ekspermentlər aparmaq,
yenilikləri sınaqdan çıxarmaq olar. Çətin məsələlərin həllinə başlayanda
və ya genişmiqyaslı məsələlərlə məşğul olanda diqqətli davranın. İlkin
mərhələlərdə çətinliklərə hazır olun. Geri çəkilməyin, ruhdan düşməyin.
İşləməyə davam edin. Nəticələr az sonra əyan olacaq.
Günün
ikinci yarısı yeni tanışlıqlar və peşəkar fəaliyyət müstəvisindəki
fərqli təmaslar üçün əlverişlidir. Səbrli olun. Yeni layihədə proses
sürətli deyil.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq
- yalnız öz qüvvənizə bel bağlayın. Sizə yardım vəd etmiş insanlar
sözlərinizin üstündə durmayacaqlar. Aqressiv və sərt olmayın. Situasiya
əlverişsiz olsa da, geri çəkilməyin. Az sonra karınıza gələcək
məlumatlar alacaqsınız.
Günün ikinci yarısında nüfuzlu insanla söhbətdə diqqətli olun. Əks tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Axşam
saatlarına yaxın böyük planlar qurmayın. İşlər hesabladığınızdan artıq
vaxt tələb edəcək. Bütün işləri yerinə yetirmək mümkün deyil. Ağır
fiziki işlərdən imtina edin. Uzunmüddətli, yorucu fəaliyyət məsləhət
deyil.
Dolça - izafi diqqət
cəlb etməyin. Uğurlarınız və nailiyyətlərinizlə qürrələnməyə dəyməz.
Yaxın ətrafınızdakı insanlar arasında irəliləyişinizə sevinənlər çox
deyil. Paxıllıq edənlərin sayı artır. İşlərinizə mane olmağa
çalışacaqlar.
İstənilən mühüm söhbətləri və müzakirələri ertələyin. Vədlər verməyin, ağır işlərə boyun olmayın.
Günün
ikinci yarısında qohumlar və yaxınlarla təmasda xeyir var. Ağrılı
məsələləri müzakirə etməyin. Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar
- günün ilk yarısında müstəqil fəaliyyət göstərə bilərsiniz. Təkbaşına
çalışın, müstəqil olun. Müttəfiqlər və dostlar bir qədər sonra sizə
yardım edəcəklər. Mükafatı və ya gəliri bölüşün. İşdə rəhbərliklə
münasibətlər korlana bilər. Sərt və aqressiv davranmayın, tənqidlə
iradları hələlik unudun.
Günün ikinci yarısında səlahiyyət çərçivəsindən kənara çıxmaq olar.
Yaxınlarınızla
münasibətlər pis olmayacaq. Çevik və fəndgir olun. Maraqlarınızın
bəzilərini qurban verə bilərsiniz. Dəyər verdiyiniz insanın mənafelərini
nəzərə alaraq bəzi planları ertələyin. Önəmli məsələnin müzakirəsində
sərt olun, geri çəkilməyin.
Milli.Az