Bu smartfon “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO
25.9.2014

Çinin Gionee şirkəti dünyanın ən nazik smartfonunun istehsalçısı elan edilib. Şirkətin Gionee Elife S5.1 modeli “Ginnesin Rekordlar Kitabı”na salınıb. Bu qurğuda korpusun qalınlığı 5,1 mm təşkil edir.

Oxu.Az-ın ICTnews-a istinadən verdiyi məlumata görə, Gionee Elife S5.1 orta səviyyəli smartfon tipinə məxsusdur. Qurğu 1280 x 720 piksel təsvir ölçülü 4,8 düymlük AMOLED ekran, dördnüvəli Qualcomm Snapdragon 400 prosessoru, 1 QB əməli və 16 QB daxili yaddaş, 5 meqapiksellik ön və 8 meqapiksellik əsas kameralarla təchiz edilib.

Akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir. Aparata Amigo 2.0 istifadəçi interfeysinə malik Android 4.3 əməliyyat sistemi quraşdırılıb.

Rekorda imza atmış smartfon Çində təxminən 325 dollara satılır. Qara, ağ, çəhrayı və nanəli yaşıl rəngli korpuslara malik smartfonlar əlçatandır.


Oxu.az