Çində bir tələbə iPhone 6 telefonunu ala bilmək üçün, sevgilisini nağd pul qarşılığında başqa birisi ilə paylaşa biləcəyini elan edib.
"Songijang" universitetinin tələbəsi şərtlərini açdığı pankarta yazıb. Şərtlərə - birlikdə yemək yemək, dərsə hazırlaşmaq, video oyunu oynamaq, sinifdə birlikdə oturmaq və şəhərdə gəzmək daxildir. Tələbə, bu addımı universitet xərclərini qarşılamaq və iphone 6 ala bilmək üçün atdığını deyib. Təkliflə maraqlananlara qızın şəkillərinin göndəriləcəyi də qeyd edilib. Tələbə, bu şərtlər qarşılığında saat üçün 10 yuan, aylıq isə 500 yuan (64 manat) istəyib. Hələ ki, bu təkliflə maraqlanan olmayıb.
Bizimyol.info