Dövlət Neft Şirkəti və Azərbaycan Milli Elmlər Akademiyası arasında 26 may 2011-ci il tarixində imzalanmış Anlaşma memorandumuna əsasən təsis edilmiş ARDNŞ-nin “Elm Fondu”nun İdarə Heyətinin növbəti iclası keçirilib.
Iclasda cari il üzrə elan edilmiş müsabiqəyə yekun vurulub.
Bildirilib ki, müsabiqəyə təqdim olunan 85 layihə AMEA-nın və Dövlət Neft Şirkətinin aparıcı alim və mütəxəssislərindən təşkil edilmiş Komissiya tərəfindən ciddi ekspertizadan keçirilib, müsbət rəy almış 34 layihə qalib seçilib.
İclasda qarşılıqlı maraq kəsb edən aktual nəzəri və praktiki məsələlərin müəyyən edilməsi, onların elmi və elmi-texniki həlli istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Gün.Az