Qoç - günün ilk yarısında məhsuldar çalışın.
Tənbəllik etməyin, süstlüyə yol verməyin. Belə davransanız, rəqibləri
üstələyərək yaxşı nəticələrə nail ola bilərsiniz. Həddən artıq çalışaraq
özünüzü yormayın. İfrat yorğunluq səhhətinizə ziyan vuracaq.
Günün
ikinci yarısında başağrıları, xroniki xəstəliyin kəskinləşməsi,
ürək-damar sistemində problem istisna deyil. Zərərli vərdişdən əl
çəkməyə çalışın.
Ailədəki problemlərin həlli, qohumlarla
ünsiyyət üçün münasib zamandır. Dil tapa bilmədiyiniz insanlarla
münasibətləri normallaşdırın. Emosiyaların təsiri altına düşməyin.
Buğa - çoxdan bəri maraqlandığınız işə başlamaq zamanıdır. Həmin işi indiyədək çox ağır, mümkünsüz hesab edirdiniz.
Gün uğurludur. Sizə məsləhətlə və əməli fəaliyyətlə yardım edəcək insanlar var. Gəlirlər və uğurlu alış-veriş istisna deyil.
Günün
ikinci yarısı qısamüddətli səfər, səyahət, fəaliyyət arealının
dəyişdirilməsi üçün əlverişlidir. Dəvət aldığınız tədbirə qatılın.
Diqqət mərkəzində olacaqsınız. Qeyri-adi, hətta ekstravaqant qərar və ya
addımlar istisna deyil.
Əkizlər
- əvvəllər başladığınız işlərin başa çatdırılması üçün səylərinizi
davam etdirin. Aktiv olun, mühüm məsələlərin həllini ertələməyin. Pedant
və səliqəli olun. Belədə işlərdə səhvlərə yol verməyəcəksiniz. Maliyyə
məsələləri və sənədləşdirmələrdə sərvaxt olun. Məmurlarla ünsiyyətdən
kənarlaşmaq mümkün deyil. Dövlət qurumlarının mənsubları ilə təmaslarda
sayıq olun.
Günün ikinci yarısı bilik və bacarıqların
artırılması, düynagörüşünün genişləndirilməsi üçün pis deyil. Qarşınıza
qoyduğunuz məqsədə çatmaq üçün səylərinizi əsirgəməyin. Əlaqələrdə sayıq
olun. Əldə etdiyiniz məlumatlardan və ya təcrübənizdən öz məqsədləri
üçün istifadə etmək istəyən insanlar var.
Xərçəng
- pozitiv emosiyalar vəd edən maraqlı gündür. Dəyər verdiyiniz insanla
bağlı xoş xəbər alacaqsınız. İşgüzar danışıqlar pis keçməyəcək.
Əməkdaşlıqla bağlı maraqlı təkliflər ala bilərsiniz.
Günün
ikinci yarısında yaxınlarınızla mübahisə etməyin. Hər hansı məsələ ilə
bağlı fikir ayrılığı ixtilafa səbəb olmamalıdır. Axşam saatları ailəvi
istirahət üçün münasibdir. Son vaxtlar darıxdığınız insanla
qarşılaşacaqsınız.
Kəsilmiş əlaqələri bərpa etmək olar.
Şir -
günün ilk yarısında həddən artıq çalışmayın. İfrat yorğunluq
arzuolunmazdır. Mühüm məsələnin həllini ertələməyə çalışın. Təmkinli və
soyuqqanlı davranın. İşdə kiçik anlaşılmazlıqlar və ixtilaflar istisna
deyil. İndiyədək birgə əməkdaşlıq etdiyiniz, dil tapdığınız insanlarla
mübahisə etməyin.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Anlaşma və sövdələşmələr gözlənilən effekti verməyəcək.
Axşam
saatlarında müstəqil çalışmağa, tək qalmağa can atın. Son günlərin
hadisələrini təhlil edin. Rutin ev işləri sizi yormayacaq,
sinirləndirməyəcək. Kulinar eksperimentlər pis olmayacaq.
Qız
- işgüzar görüşlər və şəxsi münasibətlərdəki məsələlərin həlli üçün
yaxşı zamandır. İlk dəfə çalışdığınız insan ümidləri doğruldacaq.
İndiyədək sizə rəğbət bəsləməyən insanlarda özünüzlə bağlı xoş təəssürat
yaratmağa can atın. Peşəkar fəaliyyətdə yeni layihələr və işlər üçün
pis zaman deyil. Yeni işə başlamaq olar.
Günün ikinci
yarısında səfər və ya səyahət yaxşı alınacaq. Uğurlu alış-veriş etmək,
maraqlı insanlarla qarşılaşmaq mümkündür. Ailə üzvləri ilə ünsiyyət
əhvalınızı yaxşılaşdıracaq. Emosiyalara aldanmayın, hisslərin əsiri
olmayın.
Tərəzi - ehtiyatlı
olun, zərurət olmayan yerdə risk etməyin. Belə davrasanız, günün ilk
yarısında qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Səbrli olun
və bilin ki, can atdığınız nəticəni sürətlə, qısa müddətdə əldə etmək
mümkün deyil.
Kiçik maliyyə itkiləri istisna deyil.
Günün ikinci yarısında alış-verişi təxirə salın. Xərclər mənasız ola bilər.
Axşam
saatlarını rəğbət bəslədiyiniz insanlarla keçirin. Belə təmaslar
əhvalınızı yaxşılaşdırmaqla yanaşı, maraqlı ideyalar və yeni imkanlar
vəd edir. Yeni tanışlara inanmağa tələsməyin. Onların niyyətləri
düşündüyünüz qədər saf deyil.
Əqrəb
- ayın əvvəlində başladığınız işi tələsmədən, sakit şəkildə bitirin.
Sonuca varmaq, nəticələri nəzərdən keçirmək və ödənişi almaq zamanıdır.
İşdə rəhbərliklə danışıqlar və müzakirələr aparmaq olar. Karyeranız və
maaşınızı müzakirə edin.
Yeni iş yeri arayırsınızsa, maraqlı, cazibədar təklif ala bilərsiniz.
Günün
ikinci yarısında önəmli məsələnin həlli adi günlərlə müqayisədə daha
çox vaxt ala bilər. Yaxınlarınızın diqqətinizə ehtiyacı var. Sevdiyiniz
insanla baş-başa söhbət üçün vaxt tapın.
Oxatan
- məqsədə çatmaq üçün yaxşıca çalışmaq, çoxsaylı maneələri dəf etməli
olacaqsınız. İnadkar, qətiyyətli davranın, rəqiblərin məkrli
davranışlarına fikir verməyin. Problemin həllində improvizə edə
bilərsiniz. Hansısa iş istədiyiniz kimi alınmırsa, yerinizdə saymayın.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün sərfəlidir. İşgüzar münasibətləri intensivləşdirin, əməkdaşlığı gücləndirin.
Yaxınlarınız
sizi asanlıqla anlayacaqlar. Onlar istək və arzularınızı anlamağa
çalışırlar. Yaxın ətrafınızdakı insanlarla bağlı intuisiyanız sizi
yanıltmayacaq. Maliyyə fonu uğurlu deyil. Qərarlarınız kiçik də olsa,
pul itkisinə səbəb ola bilər.
Oğlaq -
peşəkar fəaliyyət sahəsində mövqeyinizin, karyeranızın asılı olduğu
insanlala ünsiyyətdə sakit və təmkinli olun. İşgüzar danışıqlarda
soyuqqanlı davranın. Etiket qaydalarına riayət edin, qaba danışmayın.
Emosiyaların təsirinə qapılaraq düşünülməmiş addım atmayın.
Günün
ikinci yarısında tək qalmaq, müstəqil çalışmaq istəyəcəksiniz. Əfsuslar
olsun ki, yaxın ətrafınızdakı insanlar bunu anlamırlar. Yaşlı
qohumların ifrat diqqəti sizi qıcıqlandırsa da, hisslərinizə hakim olun.
Dolça
- günün ilk yarısında diqqətli, təmkinli və soyuqqanlı olun. Ehtiyatlı
davranın. Belə olarsa, çoxsaylı anlaşılmazlıq, xoşagəlməz hadisələr və
ixtilaflardan qurtula bilərsiniz.
Aktiv olsanız, məqsədə çata
bilərsiniz. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin.
Fəaliyyətinizdə izafi emosionallığa varmayın.
Günün ikinci yarısında diqqətli olun, deyilənlərə fikir verin. Pozitiv emosiyalar almağa çalışın.
Maraqlı
xəbərlər, informasiya, məlumatlar almaq mümkündür. Çoxdan bəri rəğbət
bəslədiyiniz insanla qarşılaşa bilərsiniz. Yeni əməkdaşlıq və
tərəfdaşlığa başlamaq üçün münbit şərait var.
Balıqlar -
önəmli qərar qəbul etməyin, mühüm məsələlərin nəzərdən keçirilməsini
ertələyin. Etibar etdiyiniz insanlarla məsləhətləşin. Bir müddət sonra
faydalana biləcəyiniz əlaqələri kəsməyin. Emosiyaların təsiri altında
addım atmayın.
Günün ikinci yarısında sakit, təmkinli,
soyuqqanlı şəkildə çalışın. Yaşam potensialınızın səviyyəsi aşağıdır.
Axşam saatlarına yaxın yorğunluq hissi arta bilər.
Normal istirahət etməyə can atın.
Milli.Az