Azərbaycanlı rejissorun çəkdiyi film xarici festivalda ölkəmizi təmsil edəcək. Anapa şəhərində keçiriləcək “Kinoşok-2011” kino festivalında rejissor İlqar Nəcəfin lentə aldığı “Buta” bədii filmi Azərbaycanı təmsil edəcək.
Bununla yanaşı, kino festivalda digər azərbaycanlı rejissor Murad İbrahimbəyovun çəkdiyi film də Azərbaycan tərəfindən təqdim olunacaq. Azərbaycan, Rusiya və Bolqarıstanın birgə istehsalı olan “Daha yaxşı qardaş olmayıb” filmi də festivalın proqramına daxil edilib. 11-20 sentyabr tarixində baş tutacaq festivalın proqramına 14 kino daxil edilib.
Qeyd edək ki, festivalda MDB ölkələri, eləcə də Latviya, Litva və Estoniya təmsil olunacaq.