Dubay əmirliyində Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun həyat yoldaşı tərəfindən yaradılmış Firdaws modalar evinin müsəlman qadınları üçün hazırladığı eksklüziv kolleksiya nümayiş etdirilib.
Kolleksiya “Çeçenistan xanımları” adlandırılıb.
Kolleksiya çərçivəsində məxmər, şifon, ipək və fransız krujevasından hazırlanmış və qiymətli daş və kristallarla bəzədilmiş gündəlik və gecə geyimləri nümayiş etdirilib. Çeçen dizaynerləri Zarima Yaxayeva və Zaur Məmmədov öz əl işlərini Çeçenistanın birinci xanımı Medni Kadırovoya həsr ediblər.
Dizaynerlər çeçen modasının tədricən Avropa standartlarına yaxınlaşdığını da bildiriblər. Analoji şounun yaxın günlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil ediləcəyi gözlənilir.
anspress.com