Rejissor Franko Dzefirellinin 1968-ci ildə ekranlaşdırdığı filmdə Şeksprin “Romeo və Cülyettası”nı canlandıran aktyorlar müasir “Romeo və Cülyetta” filmində Kapuletti ailəsinin ər və arvad obrazlarını ifa edəcəklər.
Leonard Uaytinq və Oliviya Xassi 46 ildən sonra ilk dəfə eyni filmə çəkiləcəklər.
Bu dəfə Cülyetta roluna Xassinin doğma qızı İndiya Eysli çəkiləcək. “Sosial intihar” adlanacaq filmin rejissoru Brüs Uebb olacaq. Ekran əsərinin dünya üzrə nümayişi 1 mart 2015-ci il tarixinə təyin edilib.
Gün.Az