London dünyanın ən bahalı şəhəridir - Video
26.9.2014

London yaşamaq və işləmək üçün dünyanın ən bahalı 12 şəhəri siyahısında Honkonqu geridə qoyaraq birinci yeri tutub.

Şəhərlərin reytinq cədvəli hər il “Savills” beynəlxalq rieltor qrupu tərəfindən hazırlanır.

Agentliyin analitikləri bir işçi üçün mənzil və ofis kirayəsinin dəyərini ABŞ dolları ilə hesablayıblar.

Bu kriteriyalar üzrə Londonda həyatın dəyəri ilə 120 min dollar hesablanıb. Bu göstərici Sidneydən iki dəfə, Rio-de-Janeyrodan isə dörd dəfə bahadır.

Moskva reytinqdə 70 min dollarlıq göstərici ilə 7-ci yeri tutur.

Britaniya funtunun hiss olunacaq dərəcədə möhkəmlənməsi səbəbindən Londonda daşınmaz əmlak ötən il ərzində 18,4% bahalaşıb.
Video

gun.az