15 yaşlı qızın qəhrəmanlığı Şvartsneggeri də heyrətləndirdi - Foto
26.9.2014

Rusiyalı ağırlıqqaldıran Mariana Naumova hamını heyrətləndirən bir nəticəyə imza atıb.

Mariana ABŞ-da keçirilən yarışda rekord nəticə əldə edib. Belə ki, idmançı üçüncü cəhdində heç bir çətinlik çəkmədən 145 kq-ı başı üzərinə qaldırıb.

İşin maraqlı tərəfi bundadı ki, Naumovanın cəmi 15 yaşı var. Mariana 145 kq-ı qaldırdıqdan sonra bildirib ki, onun əsas məqsədi 150 kq-ı qaldırmaqdı:

“Əsas arzum 150 kq-ı qaldırmaqdı. Amma təəssüf ki, bu dəfə bunu bacarmadım. Bununla belə, 145 kq da pis nəticə deyil”.

Naumovanın qəhrəmanlığına Hollivudun məşhur aktyoru Arnold Şvartsnegger də biganə qalmayıb. O, Marinanı təbrik edib.



Publika.az