Sentyabr ayının 25-dən etibarən Bakının ən dəbdəbəli ticarət mərkəzi “Port Baku Mall” ilk müştərilərini qəbul etməyə başlayıb.
Yeni fəaliyyətə başlayacaq ticarət mərkəzi özündə bir çox dünyaca məşhur geyim və iaşə obyektlərinin Bakı mərkəzi olacaq.
“Port Baku Mall” 3 mərtəbədən ibarətdir və ümumi sahəsi 32.000 kv.m. təşkil edir. Bundan başqa ticarət mərkəzinin 1.500 avtomobil üçün dayanacaq yeri var. Mərkəzin birinci və ikinci mərtəbələrində geyim mağazaları, üçüncü mərtəbəsində isə uşaq geyim mağazaları ilə yanaşı iaşə obyektləri yerləşir.
“Port Baku Mall”ın daxilində olan mağazalar sırasında - “Ralph Lauren”, “Giorgio Armani”, “Valentino”, “Alexander McQueen”, “Burberry”, “Givenchy”, “Dsquared2”, “Chloe”, “Stella McCartney”, “Balenciaga”, “Emilio Pucci”, “Jimmy Choo”, “Tory Burch”, “Hugo Boss” o cümlədən zərgərlik əşyaları “Tiffany&Co”, “Louvre”, “IWC”, “Frey Wille”, “Tag Heuer”, “RED Valentino”, “Weekend MaxMara”, “Marciano Guess”, “MAX&Co”, “Diesel”, habelə “Marks&Spencer”, “TopShop”, “Massimo Dutti”, “Vakko”, “Banana Republic” kimi məşhur brendlər var.
“Port Baku Mall”ın mərkəzi yerinin ümumi sahəsi 10.000 kv.m. təşkil edən hissəsini isə multi-brend Emporium mağazası tutur. 3 mərtəbəni əhatə edən bu mağazada 300-dən artıq ən aktual və dəbdəbəli geyim, aksesuar, alt paltarı, ətriyyat, kosmetika brendləri təqdim olunacaq.
Zərif və ləzzətli yemək həvəskarları və ya sadəcə asudə və istirahət vaxtlarını gözəl keçirmək istəyənlər üçün isə “Dalloyau”, “Laduree”, “Paul” kimi məşhur Paris qastronomiya evləri, “Armani Cafe” və başqa kafe və restoranlar da xidmət göstərəcək. Bundan başqa ticarət mərkəzində alış-veriş üçün “Port Bazar” supermarketi də fəaliyyət göstərəcək.
“Port Baku Mall” ticarət mərkəzi irimiqyaslı “Port Baku” kompleksinin bir hissəsidir. Kompleksə həmçinin “Port Baku Residence” yaşayış kompleksləri və “Port Baku Towers” biznes mərkəzi daxildir.
Oxu.az