Martın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, yağıntıların gündüz kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.
Martın 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 11-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 28-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 1-5, gündüz 9-14 dərəcə isti,
dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.
Martın 29-da bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı proqnozlaşdırılır.
APA