Azərbaycan müəllimləri Lissabonda keçirilən 2012-ci ilin Avropa İnnovativ Müəllimlər Forumunda iştirak etmişlər.
İKT İnformasiya Mərkəzindən bildirilmişdir ki, “Microsoft” korporasiyasının keçirdiyi forumda 40 ölkədən olan müəllimlərin 80-dən artıq layihəsi təqdim olunmuşdur.
Azərbaycanı bu müsabiqədə Kəmalə Cəfərzadə (Bakı Avropa Liseyi), Nailə Həsənova (Bakının 55 nömrəli məktəbi) və Gülbəniz Camalova (Xarici Dillər Universiteti) təmsil etmişlər. İştirakçılar “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Microsoft” tərəfindən Azərbaycanda keçirilən müsabiqənin qalibləridirlər.
Azərbaycanın təqdim etdiyi təhsil layihələri ekologiya və millətlərarası mədəni dialoq mövzularını əhatə etmişdir.