Göbələklə milyonçu oldu
28.3.2012

ABŞ-da yaşayan 19 yaşlı gənc trüfel göbələklərinin ticarəti ilə məşğul olaraq 1 milyon dollar qazanıb.
Arkanzas ştatında yaşayan Yan Purkayatha adlı gənc evlərinin yanındakı meşəlikdə uşaqlıq illərində göbələk yığırdı. Meşədən göbələklər yığıb bişirən Yan 15 yaşında trüfellə maraqlanmağa başlayıb.

İnternetdəki onlayn dükanlardan birində Fransadan trüfel sifariş verən gənc aldığı göbələyi bişirib satmağa başlayıb və müştərilər də bunu çox bəyəniblər.

Belədə Yan trüfel ticarəti ilə məşğul olmaq qərarına gəlib.
İtaliyadakı trüfel istehsalçısı olan şirkətlə anlaşan Yan italyanların ABŞ-dakı distrübütoru olub və 3 il ərzində məşhur restoranlara göbələk sataraq böyük pullar qazanıb.

O, həm də yaratdığı "Tartufi Unlimited" saytı vasitəsilə trüfel satır.

Milli.az