29 mart Maqomayev adına Dövlət Filarmoniyasının səhnəsində Buta
İncəsənət Mərkəzi tamaşaçılara "Tar" adı altında növbəti maraqlı
layihəsini təqdim edəcək.
Söhbət yalnız bəstəkarlarda orijinal əsərlər yaratmaq arzusu oyadan
milli çalğı aləti Tardan deyil, həm də tarla dəbli musiqinin, qədim və
müasir ritmlərin cəsarətli eksperimentindən gedəcək.
Bu musiqi alətini Şərqdə operanın banisi Üzeyir Hacıbəyov özü "ən
qiymətli və vacib alət" adlandırıb. Layihə Mədəniyyət və Turizm
Nazirliyi və bu il 5 illiyini qeyd
edən "Pasha Bank" tərəfindən təqdim edilir.
"Tar" layihəsində Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına milli
çalğı alətinin ifasında dünya şöhrətli əsərlər təqdim ediləcək. Bu
əsərlərdən bir çoxları -Nino Rotanın əsərinin mövzusuna Süita, Deyv
Brubekin "Blyu rondo a-lya turka" kompozisiyası və digərləri bütün tar
tarixində ilk dəfə ifa olunacaq.
Tədbir günü Filarmoniyanın səhnəsində Qara Qarayev adına Kamera
Orkestrı, Azərbaycan Respublikası xalq artisti, Qara Qarayev adına
Kamera Orkestrının bədii rəhbəri və dirijoru, Büibül adına musiqi
məktəbinin direktoru Teymur Göyçayev, bir çox müsabiqələr laureatı,
Azərbaycan Milli Konservatoriyasının müəllimi - Arslan Növrəsli (tar)
çıxış edəcək.