"Tar" musiqi layihəsi
28.3.2012

29 mart Maqomayev adına Dövlət Filarmoniyasının səhnəsində Buta İncəsənət Mərkəzi tamaşaçılara "Tar" adı altında növbəti maraqlı layihəsini təqdim edəcək.

Söhbət yalnız bəstəkarlarda orijinal əsərlər yaratmaq arzusu oyadan milli çalğı aləti Tardan deyil, həm də tarla dəbli musiqinin, qədim və müasir ritmlərin cəsarətli eksperimentindən gedəcək.

Bu musiqi alətini Şərqdə operanın banisi Üzeyir Hacıbəyov özü "ən qiymətli və vacib alət" adlandırıb. Layihə Mədəniyyət və Turizm Nazirliyi və bu il 5 illiyini qeyd edən "Pasha Bank" tərəfindən təqdim edilir.

"Tar" layihəsində Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına milli çalğı alətinin ifasında dünya şöhrətli əsərlər təqdim ediləcək. Bu əsərlərdən bir çoxları -Nino Rotanın əsərinin mövzusuna Süita, Deyv Brubekin "Blyu rondo a-lya turka" kompozisiyası və digərləri bütün tar tarixində ilk dəfə ifa olunacaq.

Tədbir günü Filarmoniyanın səhnəsində Qara Qarayev adına Kamera Orkestrı, Azərbaycan Respublikası xalq artisti, Qara Qarayev adına Kamera Orkestrının bədii rəhbəri və dirijoru, Büibül adına musiqi məktəbinin direktoru Teymur Göyçayev, bir çox müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının müəllimi - Arslan Növrəsli (tar) çıxış edəcək.