Bakıda bal sərgi-satış yarmarkası açılıb - FOTO
2.10.2014

Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən 13-cü bal sərgi-satış yarmarkası işə başlayıb.

Bu il yarmarkada Azərbaycanın 40 regionundan, Naxçıvan MR və Qırğızıstandan 438 arıçı iştirak edib. Bu sərgidə 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 150 kq vərəmum və 5 kq arı südü satışa çıxarılıb.

Yarmarkada təqdim edilən bütün məhsul nazirliyin xüsusi laboratoriyalarında tədqiq edilib, satıcı-arıçılar isə məhsulun keyfiyyətinə dair sertifikat alıblar.

Balın bu qədər çeşidini bir arada yəqin ki, yalnız yarmarkada görmək mümkündür. Satıcılar müxtəlif növ: çiçək, çökə, dağ, akasiya, bəyaz və s. balın dadına baxmağı təklif edirdilər.

Bu il yarmarkada arıçılıq məhsullarına azad qiymət elan edilib. Hər bir arıçı təqdim etdiyi məhsulun qiymətini özü təyin edir. Bu barədə sərgi-satış yarmarkasının açılışında Azərbaycan kənd təssərrüfatı naziri Heydər Əsədov deyib. Müəyyən etdiyimiz kimi balın qiymət diapazonu 15 manatdan 35 manata qədər dəyişir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilmiş satış-sərgi yarmarkası ölkədə arıçılığın inkişafına təkan verir. Onun məqsədi ölkə prezidenti İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişafı barədə fərmanının yerinə yetirilməsidir.

Qeyd edək ki, hər il keçirilən sərgi-satış yarmarkası oktyabr ayının 30-na kimi davam edəcək. Yarmarkaya gələn hər kəs Azərbaycanda ən yaxşı balı ala bilər.


Oxu.az