Axtarış
Başqa şəhərlərdə
Lobsterlər, lüks ikiyerli yataq, otaq, dəbdəbəli hamam və vanna otağı... Bütün bunlar superlüks oteldə yox, təyyarədədir. Bütün bunlar Sinqapurun "Singapore Airlines" aviaşirkətinin VİP sərnişinlərinə təklif olunur. Sinqapurlu bloqer Derek Lou bu aviaşirkətin VİP biletini alaraq Sinqapurdan Nyu-Yorka uçub. Superlüks müştəri qismində uçuş bloqerə 23077 dollara başa gəlib. Bu bileti alan müştərilərə uçuşda eksklüziv launj servisi verən "The Private Room" təklif olunur. "A380 Singapore Airlines Airbus" təyyarəsindəki "Suites" nömrəsində səyahət edən Derek Lounun dediyinə görə, uçuş çox rahat olub. Belə bilet alanları Sinqapurdakı "Changi" hava limanında əlahiddə zal, servis, ən ləziz təamlar, habelə məşhur dizaynerlərin və brendlərin istehsalı olan mebeldə gözlənti gözlənilir. "Singapore Airlines" aviaşirkətinin lüks biletləri dünyanın ən yaxşı uçuş şərtləri sayılıb.Milli.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.