Mikrob zooparkı açıldı
2.10.2014

Dünyada ilk dəfə olaraq mikrob zooparkı açılıb. Qeyri-adi muzey Amsterdanda fəaliyyətə başlayıb. "Mikropiya” adlı zoopark “Artis” şəhər heyvanat parkının yanında yerləşir. Bu zoopark ilk görüşdə laboratoriyanı xatırladır.

Zooparkda bir çox makro və mikro canlılarını görmək mümkündür. Ziyarətçilər burada yer alan mikroorqanizmlərə böyük ekrana qoşulmuş mikroskop vasitəsi ilə baxa bilirlər. Onlar sınaq şüşələrindən də bakteriyalar ilə yaxından tanış ola bilərlər.

Zooparkda yer alan mikroblar arasında son zamanlar yüzlərlə insanın ölümünə yol açan Ebola virusunun da nəhəng modeli var.
Zooparkdakı skayner sayəsində ziyarətçilərin bədənlərində olan mikrobları da izləyə bilərlər.

“Mikropiya”nın direktor Haig Balian isə qeyd edir ki, mikroblar hər yerdə var. Buna görə də mikrobioloqlara iqtisadiyyatın hər bir sektorunda, səhiyyə, qida sənayesi, əczaçılıq, tikinti, neft-qaz sahəsində ehtiyac var.

O, qeyd edib ki, məqsədləri zooparkı ziyarət edənlərə təbiətdə hər şeyin qarşılıqlı əlaqədə olduğunu və mikroblarında bu əlaqənin mühüm hissəsi olduğunu göstərməkdir.

ANS PRESS