Facebook.com sosial şəbəkəsində GoMap.az milli onlayn naviqatoru tərəfindən keçirilən “Mənim Azərbaycanım” fotomüsabiqəsinə yekun vurulmuş, 87 iştirakçı tərəfindən təqdim olunmuş 255 ədəd fotoşəkil müsabiqədə iştirak etmiş, bu fotoşəkillərə 34 672 nəfər rəy yazmış və şəkillər ətrafında müzakirələr aparılmışdır. Müsabiqə keçirilən dövr ərzində 532 611 nəfər “facebook” sosial şəbəkə istifadəçisi səhifə ilə tanış olmuşdur.
“Mənim Azərbaycanım” müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırma mərasimi 28 Mart 2012-ci il tarixində, saat 18:00, Neftçilər prospekti123aünvanında yerləşən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində keçiriləcək.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənmişdir. Fotomüsabiqənin keçirilməsində məqsəd Eurovision ərəfəsində Azərbaycanı beynəlxalq aləmdə tanıtmaqdır.