Xorvatiya polisi Dolmatsiya bölgəsində mənzil başına tez yetişmək üçün körpünün qalxmasına məhəl qoymayan qadın sürücünü cərimələyib.
Qadının real həyatda Ceyms Bondun tryukunu necə təkrarlamasını hadisə şahidləri telefonun yaddaşına köçürə biliblər.
Belə ki, 47 yaşlı Mari Skraçiç qalxmaqda olan körpünün üstünə çıxıb və heç nədən çəkinmədən maşın ilə yolun digər hissəsinə “atılıb”. Sonradan məlum olub ki, o, qəhvəxanaya tələsirmiş. Qadın maşında az yaşlı qızı ilə olub. Maşın körpüdən yerə düşərkən bütün təhlükəsizlik balışları açılsa da, sürücü yoluna davam edib. O yalnız kafenin qarşısında dayanıb. Polis qadını 30 avro cərimə edib.
Video
gun.az