Günün ulduz falı
28.3.2012

Qoç - Uzun zamandan bəri təxirə saldığınız işi bu gün görməyə çalışmayın: uğur qazanmaq şansınız minimumdur. Həmçinin bu gün düşmənləriniz sizə ciddi müqavimət göstərirlər. İstənilən layihə ehtiyatlılıq, ağıllı yanaşma tələb edir.
Yaxınlarınızla fikir ayrılığı mümkündür. Yaxınlarınızdan kimsə sizə kömək üçün müraciət edəcək: imtina etməyin, əks halda sonra özünüz peşman olacaqsınız. Xırda alış-veriş uğurlu olacaq, iri məbləğdə pul xərcləməkdən isə çəkinin.

Buğa - Demək olar ki, bütün işlərinizdə bəxtiniz gətirir. Heç bacarmadığınız bir sahəyə də girişə bilərsiniz: hər şey əla alınacaq. İşgüzar danışıqlar, nüfuzlu şəxslərlə görüşlər üçün münasib gündür. Müsahibələr uğurlu alınacaq.
Gün həmçinin aktiv istirahət, idman, açıq havada vaxt keçirilməsi üçün də yaxşıdır. Romantik görüş təyin edə bilərsiniz - çox gözəl təəssüratlarınız olacaq. Dəyərli hədiyyələr, sürprizlər, müxtəlif xoş təsadüflər mümkündür.

Əkizlər - Bu gün Əkizlərə daxili sərbəstlik hissi bəxş edəcək və mövqelərini möhkəmlətməyə imkan yaradacaq. Əvvəlcədən planlaşdırdığınız sağlamlıq prosedurlarını unutmayın. Ünsiyyət və aktiv istirahət sizə xeyli xoş emosiya bəxş edəcək və dostlarla əlaqələrinizi daha da yaxşılaşdıracaq.
Xoşagəlməz situasiyalara səbəb isə sizin şöhrətpərəstliyiniz və hissiyyatsızlığınız ola bilər. Başqalarını aqressiyaya təhrik etməyin və yaxınlarınızla mübahisələrdən qaçın. Bu gün xoş əhvalınız öz əlinizdədir. Sakit istirahətə vaxt ayırın - o sizə güc və yaxşı əhval-ruhiyyə bəxş edəcək.

Xərçəng - Bütövlükdə pis gün deyil və onu çox gözəl keçirmək olar. Qarşınıza çətin əldə olunan məqsədlər qoymayın. İndi yaxşı olar ki, aza qane olasınız, lazımi istiqamətdə isə addım-addım irəliləyəsiniz. Bu gün sizə kömək etməyə başlayan isnanlar hələ uzun müddət tərəfdaşınız olacaqlar.
Cazibəniz çox güclüdür. Hiss edirsiniz ki, ətrafınızdakılarda unudulmaz təəssüratlar yaradırsınız. İmkandan istifadə edib maraqlı tanışlıq qura bilərsiniz: onun davamı çox romantik ola bilər.

Şir - Gözəl gündür. Sizi qələbə gözləyir, yaxşı nəticə əldə edə bilməyəcəyiniz qənaətiylə başladığınız işdə böyük uğur qazana bilərsiniz. İşgüzar danışıqlar də əla keçir: əvəzsiz iş ortaqları tapa bilərsiniz. Maraqlı kəşflər edə bilərsiniz: yeni məlumat çox dəyərli olacaq.
Enerjiniz çoxdur. Gün gərgin olsa da, yorğunluq hiss etməyəcəksiniz. Müxtəlif eksperimentlər, improvizə, yaradıcılıq üçün yaxşı gündür.

Qız - Bu yaxınlarda yaranan birmənalı olmayan situasiyalara aydınlıq gəlir. Artıq bundan sonra necə hərəkət edəcəyiniz sizə məlumdur. Bir çox Qızlar maraqlı iş təklifləri alacaqlar. Bunlar sizin maliyyə vəziyyətinizi təcili olaraq düzəltməyəcək, amma başqa cəhətlərdən çox uyğun olacaqlar. Tamamilə yeni bir sahədə karyera qura bilərsiniz.
Valideynlərinizlə, digər qohumlarınızla, həmçinin sevdiyiniz şəxslə münasibətləriniz yaxşılaşır. Əvvəllər tez-tez mübahisə etdiyiniz insanla qarşılıqlı anlaşma əldə edə bilərsiniz.

Tərəzi - Diqqəti cəmləmək lazımdır. Mürəkkəb gündür, amma ümidsiz deyil. İntellektual potensialınız yüksəkdir. Ona görə digər bürclərin nümayəndələrindən fərqli olaraq yaranan problemlərin öhdəsindən daha asanlıqla gəlirsiniz. İşdə yüksəlməyə, yaxud maaşınızın artırılmasına dair məsələləri müzakirə edə bilərsiniz.
Emosional fon yaxşıdır, əhvalınız əladır, insanlarla yaxşı dil tapırsınız. Axşamı romantik gəzintilərə, yaxud rahat bir kafedə oturub söhbət etməyə həsr edə bilərsiniz. Amma çalışın, bu gün tez yatasınız: enerjiniz azdır, yorula bilərsiniz.

Əqrəb - Sizin üçün uğursuz gündür. İşdə hər dəqiqə münaqişələr yaranır, diqqətinizi işə cəmləmək çətinləşir. Hər xırda, mənasız məsələdən ötrü sizi işinizdən ayırır, sizi hövsələdən çıxarırlar. Rəhbərliklə aranızdakı fikir ayrılığı dərinləşir, hətta sizin qovulmağınız barədə də məsələ qaldırıla bilər. Heç olmasa üzdən sakit görünməyə, emosiyalarınızı cilovlamağa çalışın.
Yaxınlarınızdan dəstək gözlədiyiniz halda, tənqid və iradlarla rastlaşırsınız. Etdiyiniz səhvlərə görə üzr istəməli olacaqsınız. İri məbləğdə pul xərcləmək lazım gələcək, maliyyə vəziyyətiniz laxlaya bilər.

Oxatan - İstənilən səfərdə həddən artıq diqqətli olun (hətta kresloda oturub ofisdə o baş-bu başa sürürsünüzsə, onda da ətrafınıza baxın). Bu gün yolda xoşagəlməz hadisələrlə qarşılaşmaq ehtimalınız çox yüksəkdir. Maraqlı kəşflər də mümkündür. Aldığınız məlumat bir neçə dəfə işinizə yarayacaq.
İstənilən yeni layihəyə başlaya bilərsiniz. Amma bir şərtlə: onlara məhz özünüz rəhbərlik etməlisiniz. Kömək və məsləhət istəyən insanlara yox deməyin: bu gün xeyirxah olmaq vacibdir.

Oğlaq - Sakit və məhsuldar gündür. Peşəkar məsələlərin öhdəsindən yaxşı gəlirsiniz. Sizin bacarıqlarınızı kimsə şübhə altına almır. Çox perspektivli bir layihə üzərində iş üçün danışıqlara başlamaq olar: özünüzlə qürrələnmək üçün bəhanəniz yaranacaq.
Dostlarla, köhnə tanışlarla, uzaq qohumlarla planlaşdırılmamış görüşlər mümkündür. Bütün bunlar sizi sevindirir, kefiniz hər dəqiqə yaxşılaşır. Sevdiyiniz şəxslə gözəl axşam keçirəcəksiniz.

Dolça - Çox uğurlu gündür. İşgüzar bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı imkanlarınız olacaq. Bununla əlaqədar maraqlı iş təklifləri də ala bilərsiniz. Hətta şəxsi öiznesə də başlamaq olar. Uğurlu alış-veriş və yatırım mümkündür. Əvvəllər cəsarət etmədiyiniz işlərə bu gün cəhd edin - əla alınacaq.
Romantik görüşlər, sevdiyiniz şəxslə ünsiyyət üçün münasib gündür. Heç nəyi gizlətmirsiniz, bu da bir çox mürəkkəb məsələlərin həllində kömək edir. Uzunmüddətli planlar qurmaq olar.

Balıqlar - Xüsusi heç nə baş vermir. Amma hadisələr yaxşı məcrada inkişaf edir. Tamamilə aydındır ki, arzularınızın həyata keçməsi üçün çox az vaxt qalıb. Bir az gözləmək də olar. Maraqlı kəşflər, çox şey vəd edən görüşlər mümkündür. Cazibədarlığınız sizə yeni dostlar tapmağa kömək edəcək.
Geyim, kosmetika, bəzək, həmçinin interyer üçün dekorativ əşyalar almaq olar. Zövqünüz özünü doğruldacaq. Dostların əhatəsində istirahət üçün yaxşı gündür. Romantik görüşlər isə istədiyiniz kimi keçmir.

Milli.Az