Muğam ifaçısından fərqli layihə
3.10.2014

Muğam ifaçısı Bəyimxanım Vəliyevanın repertuarında yenilik var.

Ifaçı “Arazbarı” adlı əsər üzərində işləyir. Musiqi Tahir Əkbərin, sözləri Sona Vəliyevanın olan əsəri Bəyimxanım muğam ustası Ehtiram Hüseynovla birgə ifa edib.

“Arazbarı”nın əvvəlində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı əsərindən bir parça səslənib.

Burada muğam olduğu kimi bədii qiraət də yer alıb. Bunu isə xalq artisti İlham Əsgərovla şairə Sona Vəliyeva səsləndirib.

Bəyimxanım bildirib ki, əsər yaxın vaxtlarda dinləyicilərin ixtiyarına buraxılacaq:

“Bu sıradan bir mahnı deyil, böyük bir əsər olacaq. Həmin əsərin artıq yekunlaşma işləri gedir. Əsər o taylı-bu taylı həsrət çəkən azərbaycanlılardan, soydaşlarımızdan bəhs edir. Yaxın zamanlarda gözəl bir təqdimat etməyi düşünürük. Yəqin ki, noyabrın ortalarına kimi bu əsəri klip şəklində sizə təqdim edəcəyik”.

Gün.Az