Şou-biznesin məşhur cütlüyü – rep ifaçısı Elşad Xose ilə rəqqasə Oksana Rəsulovanın toyu nəhayət, baş tutub.
“Ay İşığı” restoranında keçirilən məclisə yerli şou-biznesin məşhur sənətçiləri cəm olub.
600 qonağın dəvət olunduğu toy məclisi 60 nəfər mühafizəçi tərəfindən
ciddi nəzarətdə saxlanılsa da, KİV nümayəndələri və toya qatılan
qonaqlar fotolar çəkiblər. Qeyd edək ki, öncədən cütlük toylarında foto
və video çəkməyi yasaq etmişdilər.
Toyda yadda qalan məqamlardan biri isə Elşad Xosenin həyat yoldaşı Oksanaya özünün çəkdiyi rəsm əsərini hədiyyə etməsi olub.