1926-dan bu günə "Mercedes" - FOTO
3.10.2014

1886-cı ilin yanvar ayında, Karl Benz təntənəli surətdə dünya üzrə istehsal edilmiş ilk avtomobilin təqdimatını edərək, bu üç təkərli nəqliyyat vasitəsinə Benz Patent Motor Car adını verib.

Bir neçə ay sonra, Qotlib Daymler və onun baş mühəndisi olan Wilhelm Maybach, Daymler mühərriki ilə təchiz olunmuş dörd təkərli avtomobilin konseptual təməlini qoyub. İlk Mercedes, Daymlerin ölümündən bir az müddət keçdikdən sonra, 1901-ci ildə istehsal olunub. Maybach tərəfindən yığılmış bu avtomobil, Daymlerin əsas distribyuterləridən biri olan Emil Jellinek tərəfindən istismara verilərək, nəticə etibarı ilə Jellinekin qızının şərəfinə Mercedes adını alıb.

1926-cı ildə, Daymler və Benz tərəfindən yaradılan şirkətlər birləşərək Daimler-Benz AG brendinin meydana çıxmasına səbəb olub. Şirkətin simvolu dəfnə çələngi ilə əhatə olunmuş üç guşəli ulduz idi; bu cür ulduz fikri Daymlerin təsəvvürünə artıq illər öncə gəlib və onun guşələrinin ifadə etdiyi başlıca anlam, bu ixtiraçının yaratdığı mühərriklərin quruda, havada və eləcə də suda hərəkət edən nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulması idi.

Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi. Bu avtomobil istehsalçısının ilkin modellərindən biri olub, 1931-ci il buraxılışı Mercedes-Benz 170, həmin zəmanənin müstəsna xarakterli nailiyyəti hesab edilən müstəqil asma sistemi texnologiyasını təklif edən ilk avtomobil kimi fərqlənə bilib. İyirminci əsrin 30 və 40-cı illərdə konveyerdən düşmüş, 380 və 540K kreyser modellər kimi Mercedes istehsalı olan avtomobillər isə dəbdəbənin ali dərəcəsinin axtarışında olan alıcıların yeganə seçiminə çevrilmişdi.















































































































































































































































ANS PRESS