II Bakı Beynəlxalq idman filmləri festivalı keçiriləcək
8.10.2014

Noyabrın 17-dən 22-dək Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq idman filmləri festivalı keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, festivala təqdim olunan filmlər kinematoqrafçılar və idman ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər 5 kateqoriya üzrə üç film müəyyən edəcəklər. Festivalın ən yaxşı filmi “Qran-pri”yə layiq görüləcək.

Mərkəzdən bildiriblər ki, festival çərçivəsində seminarlar, film müəllifləri ilə idman mütəxəssisləri və KİV təmsilçiləri arasında müzakirələr keçiriləcək.

Film festivalı mədəniyyət və turizm, gənclər və idman nazirlikləri və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

APA