Fizika üzrə Nobel mükafatı yaponiyalı alimlərə verilib
8.10.2014

Bu il fizika üzrə Nobel mükafatı yaponiyalı alimlər İsamu Akasaki, Hiroşi Amano və Suji Nakamuraya verilib.

Alimlər bu mükafata “effektiv və səmərəli mavi işıq saçan diodların ixtirasına görə” layiq görülüblər.

İsamu Akasaki 1929-cu ildə Yaponiyada doğulub. Naqoya Universitetinin professorudur. Hiroşi Amano 1960-cı ildə doğulub, 1989-cu ildən Naqoya Universitetində çalışır, universitetin professorudur.

Suji Nakamura isə 1954-cü ildə anadan olub, Amerika vətəndaşıdır. O, hazırda Kaliforniya universitetinin professorudur.

Oxu.az