4 yaşlı uşaq heroini yoldaşlarına payladı
8.10.2014

ABŞ-nin Delaver ştatının Selbvil şəhərindəki uşaq baxçasında fəlakətlə bitə biləcək hadisə baş verib.

Uşaq baxçasının 4 yaşlı üzvü çantasında ağ tozlu paket görür. Körpə tozu şirni bilərək dostları ilə paylaşmağa qərara alır. Lakin, 4 yaşlı qızcığaz çantasındakı tozun 200 dozadan artıq heroin olduğunu nə başa düşür nə də bilirdi.

Xoşbəxtlikdən uşaq özü və dostları zərər çəkməyib, lakin körpənin anasına “narkotik saxlamaq” və “azyaşlıların həyatını təhlükəyə atmaq” maddələri ilə cinayət işi açılıb. Bu barədə Delaver polisi rəsmi “Facebook” səhifəsində qeyd edib.

Uşaqların xilaskarı isə gözüaçıq tərbiyəçilər olub. Belə ki, uşağın tozu paylaşdığını görən tərbiyəçilər, şübhələnərək narkotiki uşağın və paylaşdıqlarının əlindən alaraq tez polisə və təcili yardıma zəng ediblər. Polislər gəldikdə isə paketlərin içində nə olduğu üzə çıxıb.

Qeyd edək ki, uşaq baxçaya 249 kiçik paketin içində 3735 qram heroin gətirib.

İstintaq nəticəsində məlum olub ki,bir gün əvvəl ev iti uşağın çantasını gəmirib. Uşağın 30 yaşlı anası Eşli Tull (Ashley R. Tull) uşağa digər, narkotik saxlanan çantanı səhvən verib. Polis qadını saxlayaraq “narkotik saxlamaq” və “uşağının rifahını təhlükəyə atmaq” maddələri ilə ittiham edib. Hazırda qadın 6 min dollar girov verməklə azadlığa buraxılsada onun 11,9 və 4 yaşlı uşaqlarına hər hansı bir şəkildə əlaqə qurmaq qadağası qoyulub.

Polis istintaqı davam edir və Tulla bağlı yeni ittihamların üzə çıxacağını istisna etmir.

ANS PRESS