Oktyabrın 20-dən 25-dək Bakıda İtaliya film festivalı keçiriləcək.
Gün.Az İtaliyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, festivalda ölkənin 6 məşhur filmi nümayiş etdiriləcək.
Festival “Dünyada İtaliya Dil həftəsi” çərçivəsində baş tutacaq. Məşhur aktrisa Anita Kravos festivalda qonaq qismində iştirak edəcək və Paolo Sorentinon 2014-cü ildə Oskar mükafatına layiq görülən “Möhtəşəm gözəllik” (The Great Beauty) filminin nümayişində iştirak edəcək.
Filmlər subtiterlər vasitəsilə ingilis və rus (iki film) dilinə tərcümə ediləcək.
Bundan başqa, “Oskar” mükafatı almış “Həyat gözəldir” (The life is beautiful) , “İnsan kapitalı” (The Human Capital), “Romanın qladiatorları” (The gladiators of Rome) və digər filmlərə təqdim ediləcək.
Səfirliyin məlumatında qeyd edilir ki, bu tədbir Azərbaycan və İtaliya arasında mədəni əlaqələri möhkəmləndirmək, insanları İtaliyanın ən yaxşı filmləri ilə tanış etmək üçün yaxşı fürsət olacaq.
Qeyd edək ki, biletlər 1 AZN təşkil edir.
Gün.Az