100 yaşını göydə qeyd edən nənə – VİDEO
8.10.2014

Böyük Britaniya sakini Nora Brayer 100-cü doğum günündə planerdə uçuş hədiyyəsi qazanıb.

100 yaşlı nənə öz yubileyini planerdə iki uçuşla qeyd edib: birinci uçuşda o, özü sükan arxasında əyləşib, ikincidə isə peşəkar pilotun 3,5 km hündürlükdə ölüm ilgəyi fiqurunu necə yerinə yetirdiyini izləyib.

Noranın sözlərinə görə, o, uçuş vaxtı heç də qorxmayıb:

“Mən özümü adrenalin narkomanı adlandırardım. Mən həmişə doğum gününü gözləyirəm ki, nəsə qeyri-adi bir şey edə bilim”, - deyə, 100 yaşlı Nora nənə deyir.
Video

oxu.az