Bu da Röya və Xəyyamın birgə yeni klipi - TİZER
8.10.2014

Müğənni Röya Ayxan həmkarı Xəyyam Nisanovla ifa etdiyi “Sənə ehtiyacım var” adlı mahnının klip çəkilişlərini yekunlaşdırıb.

Oxu.Az-ın məlumatına görə, söz və musiqisi “hitmaker” aparıcı-bəstəkar Murad Arifə, aranjemanı Rəşad Bağırova məxsus olan bəstəyə ekran həyatını türk rejissor Mujdat Küpşi verib.

Xatırladaq ki, İstanbulda lentə alınan klipin tizeri bu gün təqdim olunub.

Qeyd edək ki, bu, Röya və Xəyyamın bəstəkar Murad Ariflə ilk işbirliyi deyil.
Video

oxu.az