Oksana tələbəsi üçün göz yaşı tökdü – Klip
9.10.2014

Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” yarışmasının qalibi kimi vətənə dönən rəqqasə Oksana Rəsulova bu gün keçirdiyi klip təqdimatı və imza günündə media nümayəndələri və sevənlərini bir araya gətirdi.

Qonaqları salamlayan məşhur Hindistandakı qalibiyyətindən danışdı:

“Müsabiqədə qalib olacağıma inanmırdım. Altı min insan içindən seçildim. Daha sonra bir neçə turdan uğurla keçib finala qədər yüksəldim. Gün ərzində cəmi 2 saat yuxu yata bilirdim. Yarışmada azərbaycanlılar mənə çox dəstək oldular. Xalqımıza, media nümayəndələrinə təşəkkür edirəm. Azərbaycanlı olmağımla fəxr edirəm”.

“Eşq” adlı yeni klipini təqdim edən O.Rəsulova təəssüratlarını bölüşüb:

“Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini çox sevirəm, klip də həmin əsəri xatırladır. Ekran əsəri Atəşgahda çəkilib. Rejissoru Kənan Musayevdir. Klipdə rol alan rəqqasələrimizdən Gülarə rəhmətə gedib. Bu klipi də onun xatirəsinə ithaf etmişəm. Allah rəhmət eləsin”,- deyən rəqqasə göz yaşlarını saxlaya bilməyib.
Daha sonra rəqqasə sevənlərinə imzalı disklərini hədiyyə edib və pərəstişkarları ilə fotolar çəkdirib.

Tədbirin sonunda O.Rəsulova tələbələrini ətrafına toplayaraq onun üçün hazırladıqları gül dəstləri, tort və müxtəlif hədiyyələri qəbul edib.

Klip

www.oxu.az