“Apple” şirkəti oktyabrın 16-da keçiriləcək tədbirdə yeni “iPad” planşetlərini nümayiş etdirəcək.
“Apple” planşetlərinin satış həcmini artırmağa çalışır. Həm 9,7 düymlük model, həm də “iPad mini”nin yeni versiyası nümayiş etdiriləcək.
“Apple”ın rəsmi nümayəndəsi Trudi Müller bu informasiyanı şərh etməkdən imtina edib.
“Apple” üçün “iPad”in satış həcmi hazırda “iPhone”dan çox güclü asılı olan biznesini diversifikasiya etmək üsulu kimi böyük əhəmiyyət daşıyır. “Alma” şirkətinin dövriyyəsinin yarısı smartfonların payına düşür. Planşetlərin satış həcmi 32 milyard təşkil edir, amma son iki rübdə azalır.
Oxu.az