Teya gəlinlik seçir, toy tortu və nişan üzükləri ilə lovğalanır.
Norveçdə 12 yaşlı qız Teya tezliklə 37 yaşlı kişiyə ərə gedəcək.
Teya öz bloqunda hər gün qarşıdakı təntənənin təfərrüatlarını bölüşür.
Teya gəlinlik seçir, toy tortu və nişan üzükləri ilə lovğalanır. 37 yaşlı bəy Qeirunun atası yerində olması Teyanı heç də utandırmır.
Qızın bloqu bütün tarix ərzində Norveçdə ən məşhur sayt olub. Minlərlə insan vəziyyəti müzakirə edir və bacardığı hər şeyi etməyə çalışır ki, Teya bu bazar günü “yox” desin.
Onlar hətta qarşı səsvermə üçün xüsusi resurs yaradıblar. Toy Qızların Beynəlxalq gününə təyin edilib. Bundan başqa, Norveçdə əvvəlki kimi yalnız 18 yaşdan sonra ərə getmək olar. Jurnalistlər və hüquq müdafiəçiləri əmindirlər ki, bu, bütün dünyada erkən nikahlar probleminə diqqəti yönəltmək üçün əvvəlcədən düşünülmüş addımdır.
Norveç jurnalistlərinin məlumatına görə, bütün dünyada hər gün 39 min qız uşaqlıqdan məhrum edilir və ərə verilirlər.
Oxu.az