ABŞ-ın Stenford Universitetinin tibb məktəbində aparılan araşdırma
göstərib ki, riyaziyyatı pis bilən uşaqların beyni həyəcandan başqa cür
işləyir. Bu barədə "Medical News Today" yazır.
İkinci və üçüncü sinif şagirdlərinin beyinlərinin skan edilməsi zamanı
tənliyin bir növünün beyni təşviş və qorxu ilə bağlı aktivliyə təhrik
etdiyi məlum olub. Bu zaman beynin riyazi tapşırığın həllinə görə
cavabdeh olan hissəsinin aktivliyi azalır.
Professor Vinod Menonun sözlərinə görə, 50-yə yaxın məktəblinin beyni
skan edilib. Bundan sonra riyazi tapşırığın doğurduğu həyəcanın dərəcəsi
sual vərəqələri və testlərlə qiymətləndirilib: "Qeyd etmək lazımdır ki,
bu fenomen 50 bundan əvvəl aşkar edilib. Lakin indiyədək heç kim
adamların nə üçün riyaziyyatdan qorxduqlarını araşdırmağa cəhd
göstərməyib".
Neyrobiologiya baxımından riyaziyyat qarşısında qorxu başqa qorxulara
oxşayır. Ekspertlərin sözlərinə görə, güclü həyəcan keçirən uşaqlar
həyəcanlanma göstəricisi daha az olanlarla müqayisədə daha az dəqiq
olmaları və tapşırıqları yavaş həll etmələri ilə fərqlənirlər.
Yəni, qorxu beyinin qoyulmuş məsələni həll etmək qabiliyyəti ilə
birlikdə informasiyanı emal etmək qabiliyyətini tormozlayır. Bunun
təkamül mexanizminin bir hissəsi olması mümkündür. Belə ki, o, daxili
səbəblərdən törəyən təhlükə şəraitində beyni intuisiya əsasında hərəkət
etməyə məcbur edir.
Trend