Dünyanın ən gənc hakerinin Çində yaşadığı bəlli olub. 13 yaşlı Van Jenyan ev tapşırığını yerinə yetirməmək üçün məktəbin kompüter şəbəkəsini "sındırıb" və müəllimin tapşırdığı məsələlərin cavablarını kompüterdən köçürüb.
Daha sonra o, X-Box oyun konsolunu əldə etmək üçün bu aparatın satıldığı onlayn-dükanın sistemini "sındırıb" və konsolun satış qiymətini dəyişib.
Çin mediası 13 yaşlı şagirdi cinayətdə suçlasa da, Ven bu ittihamları rədd edib.
Pekində keçirilən onlayn təhlükəsizlik üzrə konfransda çıxış edən Ven Jenyan deyib: "Bacarığımdan yalnız insanlara xeyir vermək üçün istifadə etmək istəyirəm. Məktəbin sistemini yuxarı siniflərdə oxuyan şagirdlər üçün sındırdım. X-Box konsoluna gəldikdə isə, saytda onun satış qiymətini 2500 yuandan 1 yuana "saldım".
Sonra internet dükana məktub yazıb onların təhlükəsizlik sistemində problemlərin olduğunu bildirdim və konsolu almadım. Gəlir əldə etmək üçün onlayn sistemləri "sındıran"lar mənəviyyatsız insanlardır. Mən isə təhlükəsizliklə bağlı problemləri araşdırıram".
Milli.Az