Ailə qurmaq üçün həyat yoldaşının axtarışları bəzi insanlarda çox uzun müddət davam edir. London sakini olan qız isə vaxtını uzun-uzadı sərf etməyərək həyatı boyu tanıdığı adamla ailə qurub. O, özünə ərə gedib.
24 yaşlı qızın dediyinə görə, bu ideya onun ağlına island müğənni Byorkun "İzabel" mahnısını dinləyərkən gəlib.
"Həmin
anı yaxşı xatırlayıram. Perfomans sənətini öyrənirdim, 18 yaşım vardı
və bu mahnını eşitdim. "Mənim adım İzabeldir, özüm özümlə evliyəm".
Həmin vaxtdan bəri mahnı beynimdə idi", - Qreys deyib.
Həmin vaxtdan 6 il sonra Qreys özü ilə evlənmək fikrinə düşüb.
Dediyinə
görə, ailə üzvləri, qohumları və dostları bu fikri normal
qarşılayıblar: "Valideynlərim çılğın təbiətimə alışıblar. Dostlardan
bəziləri belə qərarın eqoizm olduğunu desələr də, məni dəstəklədilər".
Qreys Qedlerin Devonşirdəki toyunda 50 qonaq vardı və bu, nikahda həm "bəy", həm "gəlin" olan qızı çox təəccübləndirib.
"Bu
qədər adamı görəndə çaşdım. Ən uzağı 20 nəfəri görəcəyimi düşünürdüm.
Yeni statusum əla hisslər bəxş edib. İndi sakitəm, özümə güvənirəm.
Fəqət, bundan sonra kiməsə ərə gedəcəyimi istisna etmirəm", - Qrey
Qedler söyləyib.











Milli.Az