Qoç - yetərincə mürəkkəb və çətin gündür.
Başqasının problemlərini ürəyinizə salmayın. Çətinliyə düşmüş insanlara
yardım etmək istəyiniz təqdirə layiqdir. Amma məşəqqətlə üzləşmiş
insanların hamısına kömək etmək mümkün deyil. İmkan və qüvvələrinizi
dürüst hesablayın. Bacara bilməyəcəyiniz işlərə başlamayın. Mənasız
vədlərə və irreal öhdəliklərə aludə olmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniya yaradın.
Axşam saatları həmkarlar və peşəkar maraqlarınızı paylaşan insanlarla qeyri-formal görüşlər üçün əlverişlidir.
Buğa
- günün ilk yarısı münasib və əlverişli zamandır. Kommersiya fəaliyyəti
ilə məşğul olmaq mümkündür. Maliyyə məsələlərini həll edin. Pulla bağlı
məqamlarda diqqətli olun. Alış-verişdə sayıq davranın. Sərmayələr gəlir
gətirəcək.
Günün ikinci yarısında yaxınlarınızla
münasibətlərdə fikir ayrılıqları yarana bilər. Axşam saatlarına qədər
təmaslarda harmoniyanın bərpa olmasına çalışın. Yaşam potensialınızın
səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Yorğunluq hiss etməyəcəksiniz.
Əkizlər -
rəqibləri çətinliklə də olsa, zərərsizləşdirməyə çalışın. Bədxahların
məkrli planlarının qarşısını alın. Peşəkar fəaliyyət müstəvisindəki
uğurlarınız az olmayacaq. Yaxın ətrafınızdakı insanlar bunu görəcəklər.
Maraqlı işgüzar təkliflər ala bilərsiniz.
Günün ikinci yarısında karyeranızda irəliləyişin ilk mərhələsinin yaşanması istisna deyil.
Romantik
münasibətlər üçün pis zaman deyil. Yeni tanışlıq zamanı mövqelərinizi
müdafiə edin, ifrat dərəcədə kompromisllərə meylli olmayın.
Axşam saatlarında tək qalmaq istəyəcəksiniz.
Xərçəng
- yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır. Qeyri-standart
məsələlərin öhdəsindən gəlin. Dürüst qərarlar qəbul edin. İnformasiya az
olsa da, çətinliklərin həllində ənənəvi olmayan vasitələrdən istifadə
edə bilərsiniz.
Rutin işləri qulaqardına vurmayın. Xırdalıqlara və detallara fikir verin.
Günün
ikinci yarısında işlərdə qəfil dəyişikliklər ola bilər. Kiçik olaylar
planlaşdırılmış işləri başa vurmağa maneələr yaradacaq. Evdə hər şey
normaldır.
Axşam saatlarında ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Şir
- asan zaman deyil. Müsbət təmayüllərin təsiri artacaq. Hadisələrin
məcrası və ya proseslərin axarı maraqlarınıza cavab vermirsə, təlaşa
qapılmayın, vurnuxmaya vol verməyin. Məqsədə çatacaqsınız, amma səbrli
olun.
Günün ikinci yarısında soyuqqanlı və təmkinli davransanız, uğur əldə edəcəksiniz.
Peşəkar müstəvi ilə yanaşı, şəxsi münasibətlərdə diqqətli addımlar atın.
Axşam
saatlarına yaxın maraqlı görüşlər, romantik macəra istisna deyil.
Onların ciddi perspektivi olmasa da, əhvalınızı yaxşılaşdıracaq.
Planlaşdırılmamış səfərlər istisna deyil. Macəralarla dolu gündür.
Maraqlı görüş ola bilər. Nəzərdə tutulmayan səfər və ya səyahətdə çox vaxt keçirməyin.
Qız
- ziddiyyətlərlə dolu, qarışıq zamandır. işlər pis getmir. Özünüzə heç
bir səbəb olmadan yeni problemlər yaratmayın. Yaxşı məsləhətləri
qulaqardına vurmayın. Prinsipial olun. Müdrik və ağıllı insanların
dediklərinə qulaq asın.
Günün ikinci yarısında mənfi
təmayüllərin təsiri güclənəcək. Kobud səhvlərə yol verməməyə can atın.
Əldə edə biləcəyiniz təcrübə karınıza gələ bilər.
Axşam saatları müsbət emosiyalar vəd edir. Şəxsi münasibətlərlə bağlı önəmli qərarlar qəbul etmək olar.
Tərəzi
- çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə
münasibətləriniz gəriləcək. Rəqiblər fəallaşıblar. Ehtiyatlı olun.
Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
Günün
ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı
bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə
sayıq olun.
Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın
gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və
mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.
Əqrəb
- günün ilk hissəsi sakit keçəcək. Amma saatlar ötdükcə maliyyə
məsələləri ilə bağlı situasiya ağırlaşacaq. İşdə diqqətli olun.
Vəziyyəti təhlil etmək və dəyərləndirmək üçün vaxt gərəkdir. Sınanmış
tərəfdaşlardan yararlanaraq ən ciddi maneəni dəf etmək olar.
Günün
ikinci yarısında iş yerini dəyişməklə bağlı məsələləri müzakirə etmək
üçün münasib durum olmayacaq. Bir qədər əvvəl başladığınız işləri başa
vurun. Yeni layihəyə start verməzdən əvvəl qüvvə və potensalınızı dəqiq
qiymətləndirin.
Ev işlərinin həllində bilavasitə iştirakınıza zərurət var. Ailədəki münasibətləri nəzarətdə saxlayın.
Oxatan
- çoxdan bəri planlaşdırdığınız mühüm işə başlayın. Mürəkkəb məsələni
həll edin, əhəmiyyətli görüşü unutmayın. Ciddi və məqsədyönlü olun.
Yaxın ətrafınızdakı insanlar sizə rəğbət bəsləməlidir.
Nüfuzlu insanlardan birindən dəstək alacaqsınız.
Günün ikinci yarısında ideyanızı reallaşdırmaq üçün gərəkli maliyyə vəsaitini əldə edəcəksiniz.
Di
gəl, saatlar ötdükcə mənfi təmayüllərin təsiri artır. Sərt danışmayın,
təxribatlara uymayın. Mövqeyinə və kimliyinə yaxşı bələd olmadığınız
insanlarla sıx təmaslar qurmayın. Onlar sizə zərər vura bilərlər.
Oğlaq
- narahat olmayın. Günün ilk yarısı uğurludur. Böyük gözləntilər
reallaşmasa da, bəzi məqsədlərə çatmaq mümkündür. Əməkdaşlıq və ya
tərəfdaşlıq etdiyiniz insanlarla dil tapın. İşgüzar məsələlərin həllində
fəaliyyət prinsiplərini yeni tanışlara anladın.
Potensial sifarişçilər və ya tərəfdaşlarla müzakirələr aparmaq olar.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Hadisələrin axarı əlverişlidir. Təşəbbüskar olun.
Dolça
- günün ilk yarısı uğurludur. Narahatlıq və nigaranlıq üçün heç bir
səbəb yoxdur. Nagahani görüş, təsadüfən eşidilən sözlər maraqlı
ideyaların əsasını qoya bilər. İşlərinizdə ciddi olun. Maraqlı işgüzar
təklif alacaqsınız.
Təklifi qəbul etsəniz, maddi durumunuzu yaxşılaşdıra bilərsiniz.
Günün
ikinci yarısı romantik münasibətlər üçün əlverişlidir. Dəyər verdiyiniz
insanların qayğısına qalın. Dəyər verdiyiniz insanlarla sərt
danışmayın. Uzaqdan xoş xəbər ala bilərsiniz.
Balıqlar
- günün ilk yarısında yaranan çətinliklərin miqyası və ağırlığını
olduğundan artıq saymayın. Geriyə çəkilməsəniz, əzmkar və iradəli
olsanız, onların öhdəsindən gələ bilərsiniz. Qarşınıza qoyduğunuz
məqsədlərdən geri çəkilməyin.
Günün ikinci yarısında sizi
sakitləşdirməyə, bir qədər durmağa çağıran insanlara qulaq asmayın.
Başladığınız işi yarımçıq qoymayın. Soyuqqanlı olun, məntiqlə hərəkət
edin.
Sakit, aram iş üçün axşam saatları faydalıdır. Diqqətli olun, fikirlərinizin dağınıqlığına yol verməyin.
Gərəksiz emosiyalar, bədbin fikirlərdən qurtulun.
Milli.Az