Muzey Mərkəzində “Böyük İpək Yolunda Tekstil” sərgisi açılacaq
10.10.2014

Oktyabrın 10-dan noyabrın 8-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında Rusiya Etnoqrafiya muzeyinin külliyyatından (Sankt-Peterburq) "Qafqazın və Mərkəzi Asiyanın ənənəvi tekstili - Böyük İpək yolunun mirası" adlı sərgi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sərgidə Qafqaz və Mərkəzi Asiya xalqlarının toy mərasiminin unikal atributları, o cümlədən yenicə ailə quranlar üçün qurama pərdələr, naxışlı yataqüstü örtüklər, bayraq və noqay toy çadırı üçün bəzəklər, hədiyyə əşyaları nümayiş olunacaq.

Sərginin materialları 2012-ci ildə Valensiya muzeyində, 2014-cü ilin yayında isə Astana şəhərində sərgilənib.

APA