“İçərişəhər” tammetrajlı bədii filmin istehsalına başlanıb
10.10.2014

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “İçərişəhər” adlı tammetrajlı bədii filmin istehsalına başlanılıb.

Kinostudiyanın direktoru Müşfiq Hətəmovun verdiyi məlumata görə, filmin quruluşçu rejissoru İlqar Safat, ssenari müəllifləri Təhminə R. Cəbrayıl və İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Film gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edir.

APA