Azərbaycanın gənc rəssamlarının İsveçrədə ilk dəfə sərgisi açılacaq
10.10.2014

Oktyabrın 13–dən 16-dək Azərbaycanın İsveçrədəki səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşəbbüsü ilə Bern şəhərində ölkəmizin müstəqillik gününə həsr olunmuş “Azərbaycan gənc rəssamları İsveçrədə” adlı sərgi açılacaq.
Sərgiyə Paul Klee Mərkəzi, İsveçrənin Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava Yolları – AZAL” Qapalı Səhmdar Cəmiyyəti təşkilatı dəstək verir.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzindən bildirilib ki, sərgidə 16 rəssamın 76 əsəri nümayiş olunacaq.
Sərgilərin təşkilində məqsəd Azərbaycanın gənc rəssamlarının istedadını nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq və mədəniyyətlərarası dialoqun inteqrasiya üçün vacibliyini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Sərgi çərçivəsində Azərbaycanın gənc rəssamları İsveçrənin görməli yerlərini ziyarət edəcək, İtaliyanın Milan şəhərində iki gün qalacaqlar.
Sərginin açılışı oktyabrın 14-də Paul Klee Mərkəzində reallaşacaqdır.
Sonda iştirakçı rəssamlara sertifikatlar təqdim olunacaq.

AzərTAc