Cənubi Yorkşirdən olan 4 yaşlı Şervin Sarabi Albert Eynşteyn, Bill Qeyts və Stiven Hokinq ilə müqayisə olunur.
Bənzətmələr uşağın IQ testində 160 bal (orta səviyyə 100-120 baldır) toplamasından sonra başlanıb.
Həkim psixoloq Peter Konqdon bunları deyir:
“Şervin nadir yüksək intellektə malikdir. Onun öz yaşını üstələyən böyük söz ehtiyatı və sosial adaptasiyası var. Mən istedadlı uşaqlar üçün testlər üzrə ixtisaslaşmışam, lakin Şervinə rast gəldikdə, anladım ki o, tamamilə fərqli bir uşaqdır”.
Şervin Sarabi ilk sözünü 10 aylığında deyib, 20 ayında mürəkkəb cümlələrlə danışmağa başlayıb və o zamandan valideynlərini və müəllimlərini təəccübləndirməkdə davam edir.
Bu gün Şervinin ağlının inkişaf səviyyəsi 9 yaşlı uşağınkına bərabərdir. 4 yaşlı uşaq 940-dan artıq kitab oxuyub. İki yaşında ikən xəritədə istənilən dövləti göstərə, 200-ə qədər saya, əşyaların şəkilləri haqqında danışa və vulkanın necə püskürməsini izah edə bilirdi.
Gün.Az