Dünyanın ən imkanlı sakinləri İsveçrə, ABŞ və Belçikada yaşayır.
Bu barədə Almaniyanın “Allianz” sığorta şirkətinə istinadən Global Wealth Report məlumat yayıb.
2013-cü ilin göstəricilərinə görə, İsveçrə əhalisinin orta illik xalis gəliri 146 min avro təşkil edib. Bu, əvvəlki ilə nisbətdə 6,2% çoxdur. Orta statistik amerikalının maliyyə aktivləri isə 119 min avroya bərabər olub ki, bu da bir il əvvəlki ilə müqayisədə 14,2% artıqdır. Belçikada orta illik gəlir təqribən 78 min avro təşkil edib. Bu göstərici əvvəlkinə nisbətdə 4,6% çox olub.
Siyahıda dörd və beşinci yerləri Niderland və Yaponiya tutub. Hər iki ölkədə vətəndaşların orta illik gəliri təqribən 71 min avro təşki edib.
Gün.Az