Qoç - günün ilk yarısı çətinliklərdən xali deyil.
Problemlər sizi qorxutmasın. Onların öhdəsindən gələ bilərsiniz.
Konstruktiv olun, yaranmış vəziyyəti təhlil edin. Yardıma zərurət
yaranarsa, yalnız yaxşı tanıdığınız insanlara üz tutun.
Təəssüflər olsun ki, yeni tanışlardan yaxşı heç nə gözləməyə dəyməz.
Günün
ikinci yarısında şirin vədlərə və irreal təkliflərə inanmayın.
Yasaqlara, bilinməyənlərə sürəkli can atmayın. Məntiqli və soyuqqanlı
olun, ağır səhvlərə yol verməyin.
Buğa -
yeni və maraqlı işə başlamaq üçün əlverişli zamandır. Macəra axtarışına
çıxsanız, emosiyaların təsiri altında hərəkət etməyin. Hisslər aləminə
qapılmayın. Eksperimentlər edə bilərsiniz. Amma heç bir ehtiyac olmadan
risk etməyin.
Günün ikinci yarısında görüşlər pis keçməyəcək.
Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün səy göstərin.
Bacarıq və biliklərini nümayiş etdirmək imkanları olacaq.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər -
günün ilk yarısı pis keçməyəcək. Bədbinlik üçün heç bir səbəb yoxdur.
Ən kiçik uğurlar və irəliləyişlər əhvalınızı yaxşılaşdıracaq. Səy
göstərib əzmlə çalışsanız, ciddi irəliləyişə nail ola bilərsiniz.
Yeni
işgüzar əməliyyata, layihəyə başlamaq üçün əlverişli zamandır. Yaxın
gələcəklə bağlı planları müzakirə edin, onların reallaşdırılma yollarını
nəzərdən keçirin.
Günün ikinci yarısında yeni tanışlarla
ehtiyatlı olun. Adi günlərdən fərqli olaraq indi başqasının ideyalarını
dərhal təqdir etməyin. Vədlərə və dilətutmalara aldansanız, belə
yanlışlığın fəsadları xoşagəlməz ola bilər.
Xərçəng
- hər şey alınacaq. Hətta gerçəkləşəcəyinə inanmadığınız ideyanızı
reallaşdıra bilərsiniz. İşlər çoxdur və saatlar keçəndən sonra yorula
bilərsiniz.
Tamamilə əldən düşdüyünüzü düşünə bilərsiniz.
Amma az sonra "ikinci nəfəs" açılacaq və işlərdə nizam yaranacaq. Xoş
sürprizlər istisna deyil.
Günün ikinci yarısında qəfil olay və ya təsadüf işlərinizi daha da rəvan edəcək. Bu gün sizin gününüzdür.
Yaxınlarınız
və dostlarınızla ünsiyyət üçün yaxşı zamandır. Verdiyiniz suallara
cavab alacaqsınız. Alış-verişə çıxarkən simiclik etməyin.
Şir
- işlər o qədər parlaq olmasa da, lap pis deyil. Yaşamdan şikayətlənmək
üçün ciddi səbəblər yoxdur. Fəqət emosional dəstək artıqlıq etməz.
Yaxınlarınıza dəstək üçün müraciət edin, əhvalınızı yaxşılaşdırın.
Günün ikinci yarısı ailəvi tədbirlər, kiçik ekskursiyalar üçün əlverişlidir.
Maliyyə
məsələlərinin həlli ilə məşğul olmaq əlverişli deyil. Pulla bağlı
problemlərin müzakirəsini belə, təxirə salın. Maliyyə problemləri
anlaşılmazlıqlara, qarşıdurmalara səbəb ola bilər.
Axşam saatlarına yaxın yaşam potensialının səviyyəsi aşağı düşəcək. Səhhətinizdə kiçik problemlər yarana bilər. Özünüzü qoruyun.
Qız -
narahatlıq üçün ciddi səbəblər yoxdur. Xırda məsələlərə görə nigaran
qalmasanız, gün pis keçməyəcək. İmkan varsa, yaxınlarınıza yardımlar
edin. Sürpriz istisna deyil. Dəyər verdiyiniz insanlarla münasibətləri
rəvan edin. Bu, əlaqələrə əla təsir edəcək.
Günün ikinci
yarısında fəaliyyət ortamını dəyişə bilərsiniz. Şəraitdəki fərq yaşanan
proseslərə müsbət təsir edəcək. Peşəkar fəaliyyətlə bağlı və ya önəmli
saydığınız məsələ barədə maraqlı ideya yarana bilər.
Önəm verdiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Axşam saatlarını ailəvi istirahətə həsr edin.
Tərəzi
- həddən artıq nikbinliyə qapılmayın. Eyforiyadan uzaq olun. Adi, ciddi
olayların yaşanmayacağı gündür. Gərəkli işləri görün, rutin məsələlərlə
məşğul olun. Hisslərinə qiymət verdiyiniz insana zəng vurun, onunla
əlaqə saxlayın.
Emosional durumunuza nəzarət edin.
Günün
ikinci yarısında ev işləri, ailə qayğıları ilə məşğul olmağı unutmayın.
Çətinlikləri aradan qaldırarkən qeryi-trivial yolları seçə bilərsiniz.
Təxəyyülü işə salın.
Axşam saatlarını evdən kənarda keçirin.
Əqrəb
- günün ilk yarısıda problemlər az deyil. Ruhdan düşməyin, əsla geri
çəkilməyin. Saatlar ötdükcə çətinliklərin öhdəsindən tədricən
gələcəksiniz. Sizi sevindirəcək xəbərlər alacaqsınız. Gözlədiyiniz
səfərə yollana bilərsiniz.
Fiziki işlə məşğul olmağı unutmayın.
Günün
ikinci yarısında əks cins mənsubu ilə ünsiyyətdə çətinliklər yarana
bilər. Dil tapmaq çətinləşir. Süni inciklik, boş məsələlərə görə
inciklik yarana bilər. Sakit və soyuqqanlı olun. Emosiyaların əsirinə
çevrilsəniz, onsuz da, birmənalı olmayan situasiya daha da ağırlaşa
bilər.
Oxatan - həftə ərzində
yaranan və formalaşan problemlərin həlli üçün münasib zamandır. Həmin
çətinliklər həllini tapmayınca, çözüm ertələnincə işlərdə irəliləyişlər
barədə düşünməyin. Süst və tənbəl olsanız, sonuclar sizi təəssüfləndirə
bilər.
Günün ikinci yarısında özünütənqiddə ifrata varmayın.
Situasiyada müsbət təmayülərin təsiri artır. Dürüst taktika seçsəniz,
problemləri həll edə bilərsiniz.
Axşam saatlarında istirahət
edin, qüvvələrinizin bərpası ilə məşğul olun. Bilik və bacarıqların
artırılması, yaradıcılıq məşğuliyyəti üçün əlverişli zamandır. Təcrübəli
insanlarla ünsiyyətdə olun.
Oğlaq
- sizdən güclü insanlarla mübahisə etməyin. Tərəddüd etməyin.
Kompromisslərə meylli olun, münaqişələrə səbəb yaratmayın. Ciddi
məsələlərin həlli və ya müzakirəsini ertələyin. Bir qədər rahat çalışın.
Səbrli, soyuqqanlı olun.
İndit məntiqi davranmalısınız.
Günün
ikinci yarısında təbii materiallarla çalışmaqda xeyir var. Yaradıcılıq
potensialınızın səviyyəsini artırın. Aktiv olun, qarşınıza qoyduğunuz
məqsədə aparan yoldan sapmayın.
Mənasız sözlərə, dəyərsiz məsləhətlərə çox qulaq asmayın.
Dolça
- tələskənliyə yol verməyin, vurnuxmaya aldanmayın. Əks təqdirdə çox
tez yorulacaqsınız. Çoxdan yaranmış və hələ də həllini gözləyən
problemlərin hamısını bu gün çözməyə can atmayın. Rutin və cansıxıcı
işlərdən bəzilərini təxirə salmaq olar. Buna ehtiyac var, çünki önəmli
işlə məşğul olmaq gərəkdir.
Günün ikinci yarısında planları
reallaşdırmağa başlayın. Yaxın ətrafınızdakı insanların tələblərinə və
iradlarına fikir verməyərək mühüm saydığınız məsələnin çözümü ilə məşğul
olun. İntuisiyanızın səsinə qulaq asın. Alış-verişdə bədxərclik
etməyin. Qənaətlə davranın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Balıqlar
- günün ilk yarısı işlər üçün əlverişlidir. Qarşınıza qoyduğunuz
məqsədlərə çatmaq üçün iradəli, qətiyyətli olun. İzafi səylərə, həddən
artıq çalışmağa ehtiyac yoxdur. Özünüzü yormayın. Kənardan yardımlara və
dəstəyə bel bağlamayın. Ağır işlərin öhdəsindən təkbaşına gəlməli
olacaqsınız. Nəticə sizi pərişan etməyəcək.
Günün ikinci
yarısında təmaslarda ehtiyatlı olun. Sizi aldatmağa, yanıltmağa
çalışacaqlar. Kimlərsə bunu bilərəkdən, kimlərsə də doğru yol saydığı
üçün edir. Sabiq həmkar və ya köhnə tanışla görüş ola bilər.
İşgüzar əlaqələriniz olduğu insanla əlaqə saxlamağı unutmayın.
Milli.Az