Naxçıvanlı rəssam beynəlxalq karikatura müsabiqəsində xüsusi mükafata layiq görülüb
26.8.2011

“Molla Nəsrəddin-Azərbaycan” karikatura müsabiqəsində Azərbaycan Rəssamlar İttifaqının üzvü, naxçıvanlı gənc rəssam Tural Həsənli xüsusi mükafata layiq görülüb. Кarikatura müsabiqəsi Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının dəstəyi ilə “Narkotikə yox” devizi altında keçirilib. “Molla Nəsrəddin” satirik jurnalının 105 illiyinə həsr olunan müsabiqədə dünya miqyasında tanınan 307 karikaturaçı rəssamın əsərləri nümayiş etdirilib.
Müsabiqənin qızıl medalına italiyalı A.Qatto, gümüş medalına ukraynalı V.Kozanefski, bürünc medalına ispaniyalı M.Valiaxmetov, müsabiqənin xüsusi mükafatına isə azərbaycanlı rəssam Tural Həsənli, israilli E.Erenburq və rusiyalı S.Aşmarin layiq görülüb.