“Mənim Azərbaycanım” fotomüsabiqəsinin qalibləri mükafatlandırılmışlar - FOTO
29.3.2012

Martın 28-də Muzey Mərkəzində “Mənim Azərbaycanım” fotomüsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Facebook.com sosial şəbəkəsində Gomap.az internet portalı tərəfindən keçirilən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənmişdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Gomap.az internet portalının rəhbəri Elçin Əliyev layihə haqqında geniş məlumat vermişlər.
Bildirilmişdir ki, Gomap.az elektron xəritəsi dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook.com ilə inteqrasiya olunmuşdur.
Vurğulanmışdır ki, müsabiqəyə 87 iştirakçı tərəfindən 255 fotoşəkil təqdim olunmuşdur. Bu fotoşəkillərə 34 min 672 rəy yazılmış və şəkillər ətrafında maraqlı müzakirələr aparılmışdır. Müsabiqə nəticəsində 532 min 611 nəfər şəbəkə istifadəçisi fotomüsabiqənin səhifəsini ziyarət etmişdir.
Mərasimdə məlumat verilmişdir ki, müsabiqədə birinci yeri Nahid Əliyev, ikinci yeri Sübhan Cəbrayıllı, üçüncü yeri isə Kamil Mirzəyev tutmuşlar.
Qaliblərə xatirə hədiyyələri təqdim edilmişdir.