Amerikada kişilər arasında öz həyat yoldaşlarını çiyinlərində daşımaq üzrə çempionat keçirilib.
Gün.Az infosmi.net-ə istinadən xəbər verir ki, kişilər qələbə qazanmaq üçün öz arvadlarını 254 metr məsafədə daşımalı olublar.
Onlar həmçinin yol boyu qarşılarına çıxan maneələri də qadınlar çiyinlərində dəf etməli idilər. Qadını yerə salan uduzmuş hesab olunub.
Bu yarış öz tarixini Skandinaviya xalqlarından götürür. Bir zamanlar Finlandiya ərazisində fəaliyyət göstərən quldur dəstəsinə qoşulmaq istəyənlər çiyinlərində ağır yük müəyyən məsafədə yol qət etməli idilər.
İndi həmin yük kisəsi qadınlarla əvəz olunub.
Gün.Az