“Apple” korporasiyasının təsisçiləri olan Stiv Cobs və Stiv Voznyak tərəfindən yığılan ilk kompüterlərdən biri hərraca çıxarılacaq.
Oktyabrda Nyu-Yorkun “Bonhams” hərrac evinə satışa çıxarılacaq lotun dəyəri 300-500 min dollar arasında qiymətləndirilir.
“Apple 1” adını daşıyan kompüter amerikalı kolleksiyaçılardan biri tərəfindən hərraca çıxarılacaq.
Gün.Az