Səmada nəhəng ölüdən kəpənək doğuldu - FOTO
14.10.2014

ABŞ Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) orbital "Hubble" teleskopu NGC 6302 planetar dumanlığının yeni fotolarını çəkib.

Astronomlar təfərrüatları və miqyası bu yaxınlarda dəqiq bəlli olmuş NGC 6302-ni "Kəpənək dumanlığı" adlandırıblar.

Bipolyar olan dumanlıq çox parlaqdır və mərkəzində ağ, cırtdan pluneti gizlədir.
"Kəpənək dumanlığı" Yerdən 3800 işıq ili uzaqlıqda, Əqrəb bürcündə yerləşir.

Olduqca mürəkkəb struktura və anomal parlaqlığa malik dumanlığın üst qatlarında temperatur +2000000 dərəcəyə çatır.
NASA ekspertləri hesab edirlər ki, "Kəpənək dumanlığı" təqribən 1900 il əvvəl, fenomenal gücə malik ulduz partlayışından sonra yaranıb. Dumanlığın mərkəzindəki ağ, cırtdan planet də astronomlara bəlli olan ən qaynar ulduzlardan biridir.

Avropa Kosmik Agentliyinin bu gün yaydığı açıqlamada isə bildirilir ki, 5 Günəş ağırlığında olan ulduzun partlayışı nəticəsində formalaşan "Kəpənək dumanlığı"nda qazlar olduqca böyük sürətlə hərəkət edərək "ölü" ulduzun orbitindən çıxıb, ekvatorial məkanı tərk edib.

"Kəpənək dumanlığı"nın kənarlarında azot aşağı temperaturlar yaradırsa, mərkəzə yaxın məkanlarda toqquşan qazlardan ayrılan kükürd buxarları yeni səma cismi formalaşdırmaqdadır.



Milli.Az