Sentyabr ayında əvvəlki ayla müqayisədə birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 6,5 və 3,6 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, bu müddətdə diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb.
Birillik bitkilərdən qarğıdalının 0,3 faiz, günəbaxan toxumunun 9,5 faiz, quru otun 1,7 faiz, yoncanın istehsalçı qiymətlərində 7,4 faiz ucuzlaşma, buğdanın 2,1 faiz, arpanın 6,6 faiz, lobyanın 21,7 faiz, xiyarın 22,7 faiz, badımcanın 11,0 faiz, pomidorun 18,1 faiz, kartofun isə istehsalçı qiymətlərində isə 3,2 faiz bahalaşma qeydə alınıb.
Çoxillik bitkilərdən şaftalının istehsalçı qiymətləri 20,0 faiz, qoz-fındığın 16,4 faiz bahalaşmış, şabalıdın 0,9 faiz, almanın isə istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 10,3 faiz, quş ətinin (diri çəkidə) 3,3 faiz, südün istehsalçı qiymətləri 2,5 faiz ucuzlaşıb, mal ətinin (diri çəkidə) 0,8 faiz, təbii balın isə istehsalçı qiymətləri 5,4 faiz bahalaşıb.
gun.az